25 C
Baku
27 İyul 2024, 4:47
Sosial

DİM imtahan nəticələrini açıqladı

Dövlət qulluğuna qəbul imtahanından 1 134 nəfər keçib.

Bu barədə Dövlət İmtahan Mərkəzi  məlumat yayıb.

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabr 2022‑ci il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB növü) və dövlət qulluğuna qəbul (BA, BB növü) imtahanı keçirilib.

Dövlət qulluğuna qəbul imtahanından iştirak etmək üçün qeydiyyatdan keçən 2 500 namizəddən 45 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 18 nəfər, BA2 altqrupu üzrə 45 nəfər, BA3 altqrupu üzrə 75 nəfər, BA4 altqrupu üzrə 94 nəfər, BB1 altqrupu üzrə 159 nəfər, BB2 altqrupu üzrə 181 nəfər, BB3 altqrupu üzrə 254 nəfər, BB4 altqrupu üzrə 308 nəfər olmaqla, ümumilikdə 1134 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında isə 141 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 4 nəfər, BB2 altqrupu üzrə 21 nəfər, BB3 altqrupu üzrə 26 nəfər, BB4 altqrupu üzrə 40 nəfər olmaqla, ümumilikdə 91 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Bu rayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Nigar Məmmədova

“Məhv olmuş ömür. Narkotikə YOX de!” adlı film çəkiləcək

Nigar Məmmədova

Qurunt suları küçələrə axır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu