Polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmət məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr –5,1 kiloqramdan artıq heroin, 1,3 kiloqrama yaxın marixuana, 312 qramdan artıq metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.