6 C
Baku
2 Aprel 2023, 0:58
Baş xəbər

Din xadimləri Şəhidlər Xiyabanını ziyarət edib

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidməti bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadə, Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi protoierey Konstantin Pominov, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski II Qarabağ Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarətçilər Azərbaycanın 44 günlük Vətən müharibəsində həlak olmuş Silahlı Qüvvələrimizin şəhid zabit və əsgərlərinin xatirəsini ehtiramla yad edərək şəhidlərimizin qəhrəmanlıqları, Zəfərimiz uğrunda şücaətləri və Vətənə məhəbbət örnəyindən danışıb, ruhları üçün dualar oxuyublar.

Anım Günü ilə bağlı Azərbaycanın paytaxtında və bölgələrdəki məscidlərdə, o cümlədən, Şuşa və Ağdam məscidlərində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, namazlar qılınır və dualar edilir. Vətən şəhidləri, həmçinin, ölkəmizdəki kilsə və sinaqoqlarda ehtiramla anılırlar.

Oxşar xəbərlər

Beynəlxalq kitab sərgisi davam edir

Aynur Camal

“Azərbaycan Cənubi Qafqazdakı sabitlik və stabillik üçün sülhə olan bağlılığını bir çox platformalarda göstərib”

Aynur Camal

Büdcə daxilolmaları 34 % artıb

Aynur Camal

Şərh yazın