12 C
Baku
25 Aprel 2025, 5:34
Baş xəbərDünya

Dini vəhşilik: Qazdıqca meyit çıxır!

Bugun.tv xəbər verir ki, Keniyada “aclıq kultu” vəhşiliyi davam edir. Ölüm orucuna görə həyatını itirənlərin sayı günü-gündən artır.

Öz ardıcıllarını ölüm orucuna göndərən “aclıq kultu”nun istintaqında kütləvi məzar axtarışları zamanı yeni cəsədlər tapılıb.

İstintaq nəticəsində 200-dən şox insanın öldüyü, 610 nəfərin itkin düşdüyü təxmin edilir. Digər tərəfdən Keniya mətbuatında tez-tez orqan ticarəti şübhəsinin gündəmə gəlməsinin ardından edilən araşdırmalarda bəzi şəxslərin orqanlarının çıxarıldığı aydın oldu. Yarılmalarda bəzi uşaqların boğularaq öldüyü müəyyən edilib.

Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitinə çatacaqlarını bildirib.

Xatırladaq ki, Xoş Xəbər Beynəlxalq Kilsəsinin Pastoru Pol Makkenzi Ntenqe kilsəsinin adamlarına ac qalsalar İsa ilə görüşəcəksiz deyə vədlər verib.

Nthenge-nin həbsindən sonra başqa cinayətlərdə əli olduğu iddia edilən Yeni Həyat Namaz Mərkəzi və Kilsə Pastoru Ezekiel Odero da saxlanılıb. Və “aclıq kultu” ilə bağlı istintaq komissiyası yaradılıb.

Mənbə: sozcu.com.tr

Aynur Camal

Oxşar xəbərlər

Güclü yağışlar daşqınlara səbəb oldu: 8 nəfər ölüb

Aynur Camal

Somalidə bombalı hücum: 5 ölü, 20 yaralı

Kəmalə Sultan

Napoleon tortu və qırışlar necə əlaqəlidir? Dermatoloq izah edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu