Dünyaİdman

Dioqo Kosta “Çelsi”yə keçir?-AÇIQLAMA

“Çelsi” “Portu”nun qapıçısı Dioqo Kostanı transfer edə bilər. Bugun.tv xəbər verir ki, bu barədə A Bola məlumat yayıb.

London klubu 23 yaşlı futbolçu üçün Portuqaliya yığmasının tələb etdiyi məbləği ödəməyə hazırdır. Qeyd edək ki, müqavilə üzrə qapıçıya verilən təzminat 75 milyon avrodur.

Əgər klublar arasında razılıq əldə olunsa, “Çelsi” məbləği üç dəfəyə ödəməklə, “Porto”nun tələbini yerinə yetirəcək.

London klubu Kostanı Avropanın ən öndə gedən qapıçılarından biri kimi görür və onun İngiltərə Premyer Liqasının ən yaxşılarından biri olacağına inanır.

Daha əvvəl portuqaliyalıya “Mançester Yunayted”in maraq göstərdiyi bildirilirdi.

Dioqo Kosta Portuqaliyanın yüksək liqasında 33 oyuna çıxıb, onlardan 17-si quru keçib.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Gürcüstanda dini və etnik gərginlik riski artır

Aynur Camal

Beynəlxalq Gimnastika Federasiyası rusiyalı idmançılara qarşı məhdudiyyətləri aradan qaldırdı

Aynur Camal

AB: ABŞ, Çin və Rusiya Avropa İttifaqını zəiflətmək istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu