22 C
Baku
9 Sentyabr 2025, 1:45
Siyasət

“Diplomatik nəzakət güclə tamamlanmalıdır”

“26 İyun yalnız təqvimdə qırmızı ilə işarələnmiş bir gün deyil. Bu gün Ali Baş Komandanın əmri ilə tarix yazan qəhrəmanların günüdür”.

Bu günlə bağlı siyasi ekspert Aqil Məmmədov öz sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri yalnız sərhədlərimizi deyil, milli kimliyimizi, şəhidlərimizin əmanətini və üçrəngli ay-ulduzlu bayrağın qürurla dalğalanmasını qoruyur.

Bu ordu təkcə cəbhədə deyil, diplomatik masalarda da sözümüzün çəkisini müəyyən edən qüvvədir.

Bəzən inadkar tərəfdaşların deyilənləri daha yaxşı anlaması üçün bir tabor Komandonun səssiz, amma aydın güc nümayişi kifayət edir.

Diplomatlar nə qədər bacarıqlı olsalar da, güclü bir ordunun arxalarında dayandığını bilmək onların da mövqeyini möhkəmləndirir.

Unutmayaq, diplomatik nəzakət güclə tamamlandıqda daha aydın və effektiv anlaşılır.

Qarabağ Azərbaycandır! şuarı artıq təkcə siyasi bəyanat deyil, Ali Baş Komandanın iradəsi və Silahlı Qüvvələrin gücü ilə möhürlənmiş tarixi reallıqdır.

Azərbaycan Silahlı Qüvvələrinin Günü mübarək olsun!

Siyasi ekspert, jurnalist Aqil Məmmədov 

Aynur Camal

Oxşar xəbərlər

Politoloq: “Gürcüstanda vəziyyəti qarışdırmağa çalışanlar xaricdən maliyyələşirlər”

Bugün TV

“Zəngəzur dəhlizinin açılması artıq zərurətə çevrilib və bu, mütləq baş verəcək”- VİDEO

Aynur Camal

Böyük Britaniyanın xarici işlər naziri Kemeron Qəzzada atəşkəs üçün Yaxın Şərq və Türkiyəyə səfər edəcək

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu