Siyasət

“Diplomatik nəzakət güclə tamamlanmalıdır”

“26 İyun yalnız təqvimdə qırmızı ilə işarələnmiş bir gün deyil. Bu gün Ali Baş Komandanın əmri ilə tarix yazan qəhrəmanların günüdür”.

Bu günlə bağlı siyasi ekspert Aqil Məmmədov öz sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri yalnız sərhədlərimizi deyil, milli kimliyimizi, şəhidlərimizin əmanətini və üçrəngli ay-ulduzlu bayrağın qürurla dalğalanmasını qoruyur.

Bu ordu təkcə cəbhədə deyil, diplomatik masalarda da sözümüzün çəkisini müəyyən edən qüvvədir.

Bəzən inadkar tərəfdaşların deyilənləri daha yaxşı anlaması üçün bir tabor Komandonun səssiz, amma aydın güc nümayişi kifayət edir.

Diplomatlar nə qədər bacarıqlı olsalar da, güclü bir ordunun arxalarında dayandığını bilmək onların da mövqeyini möhkəmləndirir.

Unutmayaq, diplomatik nəzakət güclə tamamlandıqda daha aydın və effektiv anlaşılır.

Qarabağ Azərbaycandır! şuarı artıq təkcə siyasi bəyanat deyil, Ali Baş Komandanın iradəsi və Silahlı Qüvvələrin gücü ilə möhürlənmiş tarixi reallıqdır.

Azərbaycan Silahlı Qüvvələrinin Günü mübarək olsun!

Siyasi ekspert, jurnalist Aqil Məmmədov 

Aynur Camal

Oxşar xəbərlər

Finlandiya nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə yaşıl işıq yandırıb

Aynur Camal

Rusiya və ASEAN mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirəcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu