22 C
Baku
12 Sentyabr 2025, 2:16
Baş xəbər

“Diplomats Union” layihəsinin açılış mərasimi keçirildi

  Bugun.tv xəbər verir ki, baş tutan tədbirdə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli bütün iştirakçılara uğurlar arzulayıb.

Daha sonra layihə rəhbəri Teymur Talışxanov ümumi məlumat verib və layihədən gözləntilərini iştirakçılarla bölüşüb. İlk təlim Bakı Dövlət Universitetinin müəllimi, politoloq Sultan Zahidov tərəfindən “Azerbaijan’s ForeignPolicy” mövzusunda təşkil ounub.

Əsas məqsəd gənclərin diplomatiya ilə bağlı biliklərini genişləndirmək və iştirakçıların bu sahədə inkişafına dəstək olmaqdır. Layihə ingilis dilində keçirilir. Təlimlərə beynəlxalq münasibətlər, diplomatiya, politologiya üzrə mütəxəssislərin dəvət edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Diplomats Union” Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” fərdi qrant müsabiqəsinin qalib layihələrindəndir. Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı ilə həyata keçirilir.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

35 ton qanunsuz yuyucu vasitə ələ keçirildi

Bugün TV

“Heç bir təzyiq Azərbaycan dövlətinin ölkənin qanuni maraqlarını müdafiə etmək iradəsinə təsir göstərə bilməz!”

Teymur Əziz

30 Avqust Qələbənin 102-ci ildönümü qeyd olunacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu