Bugun.tv xəbər verir ki, baş tutan tədbirdə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli bütün iştirakçılara uğurlar arzulayıb.
Daha sonra layihə rəhbəri Teymur Talışxanov ümumi məlumat verib və layihədən gözləntilərini iştirakçılarla bölüşüb. İlk təlim Bakı Dövlət Universitetinin müəllimi, politoloq Sultan Zahidov tərəfindən “Azerbaijan’s ForeignPolicy” mövzusunda təşkil ounub.
Əsas məqsəd gənclərin diplomatiya ilə bağlı biliklərini genişləndirmək və iştirakçıların bu sahədə inkişafına dəstək olmaqdır. Layihə ingilis dilində keçirilir. Təlimlərə beynəlxalq münasibətlər, diplomatiya, politologiya üzrə mütəxəssislərin dəvət edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Diplomats Union” Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” fərdi qrant müsabiqəsinin qalib layihələrindəndir. Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı ilə həyata keçirilir.