4 C
Baku
28 Yanvar 2026, 0:16
Səhiyyə

Dişləri ağartmağın yeni yolu tapılıb

Alimlər kimyəvi ağardıcı məhsullardan fərqli olaraq elektrik diş fırçasının vibrasiyası ilə aktivləşən yeni diş ağardıcı toz prototipi hazırlayıblar. Bu üsul həm dişləri ağardır, həm də emal və dentini gücləndirərək ağız sağlamlığını dəstəkləyir. Tədqiqat nəticələri ACS Nano jurnalında nəşr olunub və bu tapıntı gələcəkdə ev şəraitində təhlükəsiz və effektli diş ağardma müalicəsi üçün yeni istiqamət ola bilər.

Yeni material, BSCT adlanan kseramik toz, stronsium və kalsium ionları ilə birlikdə barıum titanat birləşməsindən hazırlanır. Elektrik diş fırçasının vibrasiyası altında bu toz piezolektrik effekt yolu ilə zəif elektrik sahəsi yaradır və bu da reaktiv oksigen növlərinin (ROS) əmələ gəlməsinə səbəb olur. Bu reaksiyalar diş səthindəki ləkələri parçalayaraq daha aydın ağardıcı təsir göstərir.

Laboratoriya şəraitində çay və qəhvə ilə süni şəkildə ləkələnmiş insan dişləri üzərində aparılan sınaqlarda 12 saatlıq fırçalama nəticəsində BSCT ilə müalicə olunan dişlərin ağardığı müşahidə edilib və nəticələrə görə bu dişlər kontrol qrupuna nisbətən təxminən 50 % daha ağ görünür. Üstəlik, stronsium, kalsium və barıum ionlarının diş səthində toplanması nəticəsində emal və dentinin bərpası da qeydə alınıb.

Alimlər BSCT tozunun siçanlar üzərində də test edildiyini bildiriblər. Şəkərli qidalarla qidalanan siçanların dişlərinə gündə bir dəqiqə ərzində fırçalama tətbiq edildikdə ağız mikroflorası yaxşılaşmış, diş xəstəliklərinə səbəb olan bakteriyalar azalaraq iltihab səviyyəsi düşmüşdür.

Hazırda BSCT tozu hələ kommersiya diş pastası şəklinə daxil edilməyib, lakin tədqiqatçılar bu istiqamətdə gələcək məhsullar üzərində işləməyi planlaşdırırlar. Onların fikrincə, kimyəvi ağardıcı məhsulların əvəzinə belə üsul tezliklə diş həkimləri ofislərində və satışda görünə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Qısa gündüz yuxusu beyin funksiyasını bərpa edir və öyrənmə qabiliyyətini artırır

Aynur Camal

Elmi kəşf: Xərçəng hüceyrələrinin necə dəyişdiyi və inkişaf etdiyi aşkarlanıb

Aynur Camal

Həftəsonu bərpa üçün düzgün yuxu rejimi necə olmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu