9 Dekabr 2022, 19:10
Baş xəbər

Divanlı kənd sakinlərinin problemləri müzakirə olunub

Torpaqlarımız işğaldan azad olduqdan sonra, dövlətimiz tərəfindən ərazilərin bərpası üçün sürətlə abadlıq işləri aparılır.

Bugun.tv – yə daxil olan məlumata görə, bu kimi yenidənqurma işləri ilə bağlı Divanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilib.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirib, ölkəmizdə, rayonumuzda və Mehdili kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verib.

Son illər Divanlı kəndi qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi yenidən qurulub, abonentlərə SMART tipli sayğaclar quraşdırılıb, 6 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, 2 km küçəsi asfaltlaşdırılıb, kənddə olan 6 ədəd xidmət obyektləri müasir memarlıq üslubunda yenidən qurulub, kəndin ərazisindən keçən avtomobil yolunun kənarları abadlaşdırılıb və yaşıllıq zonaları yaradılıb, kəndin ərazisində rayon Təhsil şöbəsinin və Dövlət Aqrar Mərkəzinin inzibati binaları tikilib, magistral yolda Divanlı dairəsi yenidən qurulub, Divanlı kəndlərində fərdi yaşayış evində fəaliyyət göstərən tibb məntəqəsi bina ilə təmin edilib, kəndinin magistral yoldan ayrılan yoluna gecə işıqlandırılması verilib, kənd qəbirstanlığı abadlaşdırılıb, qəbirstanlıq hasara alınıb, mərasimlər üçün talvar tikilib, içməli su çəkilib, suvarma suyu üçün 1 ədəd subartezian quyusu qazılıb, yeni GPON sitemi ilə rabitə şəbəkəsi tikilib və hazırda kəndin bir hissəsi həmin xidmətlə təmin edilib.

2021-ci ildə 40 hektar sahədə pambıq əkilən, hər hektardan 30 sentner olmaqla 120 ton pambıq istehsal edilib, 2 nəfər kümçü 8 qutu ipək qurdu bəslənib, hər qutudan 40,6 kq olmaqla 325 kq barama təhvil verilib, 2022-ci ildə 66 hektar sahədə pambıq əkilməsi barədə fermerlərlə müqavilə bağlanılıb, hazırda pambıq yığımına hazırlıq işləri aparılır, 1 kümçü tərəfindən 2 qutu ipək qurdu bəslənilən hər qutudan 42,5 kq olmaqla 85 kq barama təhvil verilib.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Divanlı kənd sakinləri Oqtay Ağayev Divanlı kəndində “Tələbə yeri” adlanan ərazidə suvarma suyu üçün bir ədəd subartezian quyusunun qazılması, Zərifə Əsədova Divanlı kəndinin “11 hektar” adlanan ərazisində özünə məxsus 5 hektar əkin sahəsinin suvarılmasında çətinlik çəkdiyi, Elşad Əliyev Birinci Qarabağ müharibəsi şəhidi olan qardaşının uçmuş məzar daşının bərpa edilməsi, Əli Zülfüqarov Zümürxan və Divanlı kəndlərinin arasında olan 65 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən qaynama su mənbəyinin lildən təmizlənməsi , Vəfadar Allahverdiyev sərnişin daşıma marşurutunun hərəkət qrafikinin sıxlaşdırılması, yaşadığı küçədə qaz xəttinin evinədək uzadılması, yeni tikdirdiyi evə internet əlaqəsi verilməsi, Gərənə kənd sakini Çingiz Teymurov kəndin “Ağ yer” adlanan ərazisində 90 hektar sahənin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün ərazidə 1 ədəd subartezian quyusunun qazılması, Cəyirli kəndində yaşayan Ağdam rayon sakini Nizami Quliyev kəndin “Ferma yolu adlanan” ərazidə müvəqqəti məskunlaşmış digər rayonların sakinlərini elektrik enerjisi ilə təmin etmək üçün 1 ədəd yeni transformator verilməsi barədə müraciət ediblər.

Qaldırılan məsələlərə əlaqədar tədbirlər görülüb, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verməklə yanaşı vətəndaşlara hüquqi yardım göstərilib, müvafiq izahatlar verilib.

Kənd sakinləri ölkəmizin torpaqlarının azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, ölkəmizin iqtisadiyyatın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər

Zelinska: “Ağdam regionun iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilə bilər”

Aynur Camal

İki məşhur opera ifaçısı “Kənd Namusu” tamaşasını ifa etdi

Aynur Camal

Azərbaycanda daha 7 nəfər COVID-19-a yoluxub

Nigar Məmmədova