DünyaSiyasət

Dmitri Medvedev: “Rusiyanın Moldovanın hazırkı liderləri ilə danışıqlar aparması üçün heç bir səbəb görmürəm”

“Rusiya onu Rumıniyaya “satan” Moldovanın hazırkı liderləri ilə danışıqlar aparmamalıdır”.

Bugun.tv xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, bu sözləri Moldovanın baş naziri Dorin Recean hökumətin Rusiya prezidenti Vladimir Putinin ölkəyə daxil olmasına icazə verməyəcəyini deməsindən sonra söyləyib.

“Yerli Moldova bossları vətənlərinə xəyanət edərək, onu Rumıniyaya satdılar və onlarla nə isə danışmağın mənası yoxdur”, – Medvedev Telegram-da bildirib.

O, vurğulayıb ki, hazırda heç kim Moldovaya getməyə hazırlaşmır.

Qeyd edək ki, Moldovanın baş naziri Dorin Recean dünən TV-8 telekanalına müsahibəsində ölkəsinin Rusiya prezidentinin səfərinə icazə verməyəcəyini bildirib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu