26 C
Baku
12 Sentyabr 2026, 17:22
Baş xəbərTexnologiya

TEKNOFEST 2023 başladı

Bugun.tv xəbər verir ki, İstanbulda güclü yağış səbəbindən bu günə təxirə salınan TEKNOFEST-in açılış mərasimi baş tutub.

Bu il 6-cı dəfə keçirilən dünyanın ən böyük kosmos və aviasiya festivalı İstanbul Atatürk Hava Limanında başlayıb. Yağış səbəbindən bu günə təxirə salınan festivalın rəsmi açılışı vətəndaşların böyük marağına səbəb olub.

“Baykar Technology” şirkətinin rəhbəri Selçuk Bayraktar yarışmaçıları ziyarət edərək vətəndaşları festivala dəvət edib. “Bayraktar Kızılelma” və “Kemankeş” də ilk dəfə sərgilənib.

TEKNOFEST İdarə Heyətinin və T3 Vəqfi Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar açılışla əlaqədar mərasim sahəsində çıxış edib.

“İnanıram ki, TEKNOFEST çərçivəsində zəlzələ və fəlakətlərin həlli yollarını təklif edən gənc qardaşlarımız meydana çıxacaq. TEKNOFEST səssiz bir inqilabın adı oldu. Müraciətlərin sayı 1 milyonu ötüb. Texnologiyanı inkişaf etdirəcəklərini deyən 1 milyondan çox gənc komandalar qurub. 100 il əvvəl ace nəsli bu gün TEKNOFEST nəsli olaraq yenidən dirildi. Cümhuriyyətimizin 100 illiyini TEKNOFEST ilə taclandıracağıq”,- S.Bayraktar vurğulayıb.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

Süni intellektlə bağlı ciddi xəbərdarlıq: Anthropic tədqiqatçısı şirkətdən istefa verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu