Baş xəbərDünya

Dmitri Peskov: “Kremlin Ərdoğanın sağlamlıq problemlərindən xəbəri yoxdur”

Kremlin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətindəki problemlərdən xəbəri yoxdur. Rusiya lideri Vladimir Putin yaxın vaxtlarda onunla danışmağı planlaşdırır.

Bugun.tv xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov  jurnalistlərə bildirib.

“Biz bu problemlər haqqında heç nə bilmirik. Bu gün Ərdoğanla telefon danışığına hazırlaşırıq. İki prezident arasında maraqlı söhbət olacaq”, – Peskov vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezident administrasiyasının nəzdində yaradılan dezinformasiya ilə mübarizə mərkəzi, sosial şəbəkələrdə Ərdoğanın infarkt keçirməsi ilə bağlı yayılan məlumatlara diqqət çəkmişdi.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Sabahın hava proqnozu

Nigar Məmmədova

Arxeoloqlar Uelsdə erkən orta əsrlərə aid məzarlıq aşkar etdilər

İntizar Əmirova

Avropa Birliyi ICJ vasitəsilə İsraili hədəf aldı: Biz risk altındayıq!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu