Kremlin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətindəki problemlərdən xəbəri yoxdur. Rusiya lideri Vladimir Putin yaxın vaxtlarda onunla danışmağı planlaşdırır.
Bugun.tv xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Biz bu problemlər haqqında heç nə bilmirik. Bu gün Ərdoğanla telefon danışığına hazırlaşırıq. İki prezident arasında maraqlı söhbət olacaq”, – Peskov vurğulayıb.
Qeyd edək ki, Türkiyə prezident administrasiyasının nəzdində yaradılan dezinformasiya ilə mübarizə mərkəzi, sosial şəbəkələrdə Ərdoğanın infarkt keçirməsi ilə bağlı yayılan məlumatlara diqqət çəkmişdi.
Mənbə: TASS