Siyasət

“Dnestryanı yaxınlığında təxribat ola biləcəyi ilə bağlı xəbərlər cəfəngiyyatdır”

“Moldova hökumətinin Ukraynanın Dnestryanı yaxınlığında radioaktiv maddələrdən istifadə edərək təxribat törədə biləcəyi xəbəri cəfəngiyyatdır. Hökumət qurumları vəziyyəti izləyir və Rusiya tərəfinin yaydığı məlumatı təsdiqləmir”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin çərşənbə günü yaydığı bəyanatda belə deyilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl bildirmişdi ki, Kiyev rejimi Rusiya silahlı qüvvələrini radioaktiv sızmalara və ərazinin çirklənməsinə səbəb ola biləcək radioaktiv təhlükəli obyektlərə təsadüfi zərbələr endirməkdə ittiham etmək üçün təxribat hazırlayır.

Bugün TV

Oxşar xəbərlər

Lavrov: Rusiya Ukraynada atəşkəslə bağlı Avropanın tələbini qəbul etməyəcək

Aynur Camal

Ekspert Əbu-Dabi danışıqlarından müsbət nəticə gözləmir

Aynur Camal

Rubio: İranla diplomatik razılaşma əldə olunmaya bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu