25 C
Baku
27 İyul 2024, 4:31
Dünya

Dogecoin simvolu olan it dünyasını dəyişib

Dogecoin və Shiba Inu kimi rəqəmsal valyutaların simvolu olan internet fenomeni iti Kabosu dünyasını dəyişib.

Qoca it bir neçə il əvvəl xərçəng xəstəliyinə tutulmuşdu. Kripto dünyasının məşhur simvollarından biri və Dogecoin, Shiba Inu və bir çox digər rəqəmsal valyutaların siması olan internet fenomeni iti Kabosu dünyasını dəyişib. 17 yaşlı Kabosunun sahibi yapon Atsuko Sato öz bloq hesabında sevimli itin mayın 24-ü səhər yuxuya getdiyini açıqlayıb. Bloq hesabında bildirilib ki, bazar günü Yaponiyanın Narita parkında Kabosu ilə vida mərasimi keçiriləcək. Onun ölüm xəbərindən sonra Dogecoin qiymətlərində hərəkət olub. İt Kabosu ilk dəfə 2010-cu ildə sahibinin fotosunu paylaşması ilə internet dünyasının diqqətini çəkmişdi. Şəkil tez bir zamanda “Doge” adını qazanaraq viral oldu. 2013-cü ilə qədər Dogecoin rəqəmsal valyutası Kabosun rəsmi loqotipi kimi istifadə edilərək satışa çıxarıldı. Əvvəlcə zarafat kimi düşünülmüş olsa da, Dogecoin təmiz su layihələri və Yamayka bobsled komandasının maliyyələşdirilməsi də daxil olmaqla müxtəlif xeyriyyəçilik işlərində istifadə olunan valyutaya çevrildi.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

 Elon Mask Braziliyada daşqın zonasına min internet antenası bağışladı

Teymur Əziz

Dünyanın hər yerində Şimal İşıqları! Trabzondan da görünür

Aynur Camal

Dubayda dünyanın ən böyük Rubik kubu tikildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu