17 C
Baku
18 Oktyabr 2024, 8:21
Baş xəbərSəhiyyə

Doğum göstəriciləri aşağı səviyyəyə düşdü

Bugun.tv xəbər verir ki, doğum göstəriciləri aşağı səviyyəyə düşüb

TRT Haber”in məlumatına görə, Fransada doğum səviyyəsi İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən aşağı səviyyədə olduğu açıqlanıb.

Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (INSEE) ölkədə 2022-ci ildə və 2023-cü ilin birinci yarısında doğum nisbətlərinin İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən aşağı səviyyəyə endiyini açıqlayıb.

INSEE 2022-ci ildə 726 min uşağın doğulduğunu bildirib. Doğuşlarda 2021-ci ilə nisbətən 2,2 faiz, 2010-cu ilə nisbətən isə 13 faiz azalma olub.

Son illərin ən yüksək səviyyəsinin qeydə alındığı 2010-cu illə müqayisədə ötən il doğum səviyyəsi 25-29 yaşlı qadınlarda 3 faiz, 30-34 yaşlı qadınlarda 4 faiz azalmış, 40 yaşdan yuxarı qadınlarda isə 3 faiz artmışdır.

Məlumatlar göstərdi ki, COVID-19 epidemiyasının yaratdığı sağlamlıq böhranı 2021-ci ildə azalmada təsirli olub.

Doğuş göstəricilərinin azalması ilə yanaşı, doğum edən qadınların orta yaşlarında və nikahdan kənar uşaq dünyaya gətirmə nisbətində də dəyişikliklər baş verib.

2012-ci ildə 30,2 olan ilk doğumda orta ana yaşı 2022-ci ildə 31,2-yə, nikahdankənar doğuş nisbəti isə həmin illərdə 57 faizdən 65 faizə yüksəlib.

 

Müxbir:İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Avtomobil əvvəlcə avtomobilə, sonra ağaca çırpıldı: 2 nəfər öldü, 1 nəfər yaralandı

Bugün TV

Qoyunçuluq məhv olur, amma nazirliyin heç bir dəstəyi yoxdur” – Fermer od püskürdü + VİDEO

Bugün TV

Azərbaycan-Misir sənədləri imzalanıb-FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu