8.4 C
Baku
5 Mart 2026, 18:21
Baş xəbər

Doktor Məzahir Quliyevdən növbəti xeyirxah aksiya: 150-dən artıq Gəncə sakini pulsuz müayinə olundu

14-15 dekabr tarixlərində Gəncə Memorial Hospitalın rəhbərliyinin xüsusi dəvətilə Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya Kafedrasının dossenti, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, həkim Otorinolarinqoloq t.ü.f.d. Dr.Məzahir Quliyev tərəfindən tibbi aksiya həyata keçirilib.

Bugun.tv xəbər verir ki, aksiya çərçivəsində pasiyent qəbulu təmənnasız olaraq həyata keçirilib. Aksiyadan Gəncə şəhəri və ətraf regionlarda yaşayan sakinlər yararlanıb. Bu xeyirxah aksiyada mütəxəssis həkimlər öz peşəkar təcrübələri vasitəsilə burun, boğaz, qulaq və baş-boyun nahiyəsində yaranan müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsini həyata keçiriblər.

Aksiyanın əsas məqsədi əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanması və müalicəsini təmin etmək, eyni zamanda sosial dəstək göstərərək ehtiyaclı pasiyentlərə lazımi tibbi yardım göstərməkdir.

Aynur Camal

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Ordusu İranın Naxçıvana hücumuna cavab tədbirləri görəcək

Aynur Camal

“Sosial layihələr elm və təhsil işçilərinin rifahına xidmət edir”

Aynur Camal

“Bu hücum cavabsız qalmayacaq” – Müdafiə Nazirliyi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu