30 C
Baku
23 İyul 2025, 10:47
Baş xəbərİqtisadiyyat

Dolların kursu necə dəyişəcək?

Bugun.tv xəbər verir ki, deputat Vüqar Bayramov facebook səhifəsində dolların kursunun necə dəyişiləcəyi barədə məlumat verib.

Onun sözlərinə görə, ABŞ-da borc böhranı davam etsə də Ağ Ev ilə qanunverici orqanın ilkin razılıq əldə etməsi ilə bağlı mesajlar gəlməkdədir.

Belə ki, ABŞ Prezidenti ilə Respublikaçı konqres Kevin McCarthynin hökumətin 31.4 trilyon dollarıq borc tavanının növbəti 2 il üçün uzadılması ilə bağlı razılığa yaxın olduğu bildirilir.

23.32 tirlyon dollarlıq nominal ÜDM ilə ABŞ dünyanın əsas iqtisadi gücü olaraq qalmaqdadır. Bu baxımdan Birləşmiş Ştatlardakı borc problem qlobal iqtisadiyyata ciddi təsir göstərirdi. Doğrudur, dolların səbət valyutalara nisbətən məzənnəsində eniş müşahidə olunmurdu. Əksinə, dollar Avropa puluna nisbətən son həftə möhkəmlənmişdi.

Borc razılığının əldə edilməsi dolların əsas valyutalara nisbətən yenidən güclənməsinə səbəb ola bilər. Amma hələlik səbət valyutaların kurslarında ciddi volatillik gözlənilmir. Bununla belə, borc razılığı qlobal iqtisadiyyat üçün də yeni imkanlar yaradacaq.

ABŞ-ın borc tavanı danışıqları məhsuldar olaraq xarakterizə edildi, lakin hələ razılaşma yoxdur

Aynur Camal

Oxşar xəbərlər

Filippində vulkan püskürməsi: Kanlaon vulkanı aktivləşir

Aynur Camal

Bıçaqlanma hadisəsi baş verdi

Bugün TV

İlham Əliyev Füzuli rayonunun Qoçəhmədli kəndinin təməlini qoyub 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu