25 C
Baku
27 İyul 2024, 4:12
Dünya

Donald Trampa yeni məhkəmə prosesinin olacağını proqnozlaşdırdı

Bugun.tv xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünə məxsus “Trump Sneakers” idman ayaqqabısını təqdim edib. Mediada müzakirələrə səbəb olub. Müvafiq material The Fashion Law tərəfindən dərc olunub.

Söhbət siyasətçinin məhkəmə onu dələduzluq işində təqsirli bildikdən sonra təqdim etdiyi T hərfi ilə qızılı “The Never Surrender High-Tops” və ABŞ bayrağından gedir. Hazırda satılan yeni ayaqqabı 399 dollara satılır. Ümumilikdə min cüt idman ayaqqabısı istehsal edilib.

Dəbdəbəli marka Christian Louboutin, moda müşahidəçilərinin fikrincə, Trampı idman ayaqqabısının altlığının rənginə görə plagiatda ittiham edə bilər. Jurnalistlər qeyd ediblər. Sözügedən marka onilliklərdir ki, ayaqqabılarının altlığı üçün qırmızı rəngdən istifadə edib. Mütəmadi olaraq bu rəngin hüquqlarına görə pərakəndə satış şirkətlərini məhkəməyə verib. Bu səbəbdən keçmiş ABŞ prezidenti üçün məhkəmə prosesi proqnozlaşdırılırdı.

Fevralın əvvəlində Nyu-York məhkəməsi Donald Trampı dələduzluqda təqsirli bilib. ABŞ-ın keçmiş prezidenti 355 milyon dollar cərimə ödəməli olub.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən güclü ordularının siyahısı yeniləndi!

Aynur Camal

Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın Xarkov vilayətinə hücumunu “son dərəcə təhlükəli məqam” adlandırıb

Aynur Camal

Şimali Koreyadan yeni silah sınağı!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu