Dünya

Dondurma boğaz ağrısını sağalda bilərmi? – Həkimdən açıqlama

Bugun.tv xəbər verir ki, boğaz ağrısı zamanı dondurma yeməyin faydalı olub-olmaması ilə bağlı müzakirələrə rusiyalı otorinolarinqoloq Polina Vaşkeviç aydınlıq gətirib. Həkimin sözlərinə görə, dondurma boğaz ağrısını tam müalicə etməsə də, narahatlığı müvəqqəti azalda bilər.

Mütəxəssis bildirib ki, soyuq temperatur iltihablı selikli qişada şişkinliyi müəyyən qədər azaldır, ağrını müvəqqəti zəiflədir və xəstənin özünü daha rahat hiss etməsinə kömək edir. Onun sözlərinə görə, bu üsul tibbdə də tətbiq olunur.

Polina Vaşkeviç qeyd edib ki, badamcıq və adenoid əməliyyatlarından sonra həkimlər bəzən xəstələrə dondurma yeməyi tövsiyə edirlər. Bu, əməliyyatdan sonrakı dövrdə şişkinliyin azalmasına və narahatlığın yüngülləşməsinə kömək edir.

Bununla yanaşı, həkim dondurmanın tez-tez qəbul edilməsini məsləhət görmür. O bildirib ki, yüksək şəkər və kalori tərkibinə görə dondurmanı həftədə 2–3 dəfədən çox yemək tövsiyə edilmir.

Mütəxəssis süd zülalına allergiyası və ya laktoza dözümsüzlüyü olan şəxslərə ehtiyatlı olmağı tövsiyə edib. Belə hallarda laktozasız məhsullara üstünlük verilməsi, piylənmə və şəkərli diabetdən əziyyət çəkən insanların isə dondurma istehlakını minimuma endirməsi məsləhət görülür.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Aralıq dənizinin isinməsi invaziv dəniz canlılarının yayılmasını sürətləndirir

Aynur Camal

Qızıldan daha dəyərli yeni mineral aşkar edildi

Aynur Camal

İran: Omanla danışıqlar Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidinə yönəlib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu