13 C
Baku
23 Aprel 2026, 0:57
Baş xəbərDünya

Donetskdə iki qəsəbə ələ keçirildi

Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Donbasda bəzi mühüm yerlərin nəzarətə götürüldüyü qeyd edilərək, “Cənub hərbi birləşmələrinin qətiyyətli hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Ostroye və Qriqorovka yaşayış məntəqələri azad edilib” ifadəsi işlədilib.

Rusiya əsgərlərinin Ukrayna ordusunun radiorabitə mərkəzini, pilotsuz uçuş aparatları istehsal edən obyektini və anbarlarını məhv etdiyi vurğulanan bəyanatda, həmçinin Ukrayna hərbi hissələrinin və texnikasının 153 bölgədə vurulduğu bildirilib.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu