Bugun.tv xəbər verir ki, İtaliyanın Kalabriya bölgəsində baş verən hücum nəticəsində dörd miqrant kənd təsərrüfatı işçisinin avtomobildə diri-diri yandırıldığı bildirilir.
The Guardian-ın məlumatına görə, hadisə ölkədə xarici işçilərin istismarı və təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Hüquq-mühafizə orqanları hücumun səbəblərini araşdırır. Hadisə İtaliyada miqrant əmək bazarındakı problemlər barədə geniş müzakirələrə səbəb olub.
Mənbə: The Guardian
