Image default
Baş xəbərSiyasət

Dövlət başçısı: “Ərazilərimizdə separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir”

Bugun.tv xəbər verir ki, “Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir”.

“Report” xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Azərbaycanın daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır”

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu