30 C
Baku
19 İyul 2024, 12:20
Baş xəbərMədəniyyət

“Dövlət büdcəsindən ayrılan pulları yediniz, villalar tikdirdiniz, üç-dörd arvad, fəxri ad aldınız, bəsdi daha!” – KİNOREJİSSORDAN SƏRT REAKSİYA

“Dövlət tərəfindən kinomuzun inkişafına milyonlarla vəsait ayrılıb. Qocaman mogikanlar pulları öz aralarında bölüşdürüb, rəfdə qalan film istehsal ediblər. Dövlət büdcəsindən ayrılan pulları yediniz, villalar, mülklər tikdirdiniz, üç-dörd arvad, fəxri ad aldınız bəsdi daha! İmkan verin, indi biz kinomuza xidmət edək!”.

Bugun.tv xəbər verir ki, bu sözləri kinorejissor Faiq Nağıyev facebook hesabındakı paylaşımında bildirib. Onun sözlərinə görə, aprel ayının 20 və 21 tarixlərində ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə və Milli Kinomuzun 125 illiyinə həsr olunan Kino Forumu keçirilib. Kino işçiləri bir araya toplanıb. Tədbirdə iştirak edən Mədəniyyət naziri Adil Kərimov problemləri dinləyib. Forumda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev də iştirak edib.

“Forumun ikinci günü daha dinamik keçdi. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Ali İsa Cabbarov paneldə çıxışı coşqu ilə alqışlandı. Bəli, çünki doğruları söylədi. Dövlət büdcəsindən ayrılan məbləğin infoqrafikasını təqdim etdi. Həmin infoqrafikadan da göründüyü kimi dövlət tərəfindən kinomuzun inkişafına yetərincə, yəni milyonlarla vəsait ayrılıb. Qocaman mogikanlar pulları öz aralarında bölüşdürüb, rəfdə qalan film istehsal ediblər”.

Kinorejissorun qənaətinə görə, təxminən üç milyon yarım olan vəsaitə ən azı 50 film sifariş vermək olardı.

“Həmin 50 filmin çox yox, 5-i uğurlu nəticə əldə edərdi və hər film ən azı 100 min izləyici toplamaqla ən ucuz bilet qiymətini 6 manatdan hesablasaq, hər film 600 min gəlir gətirərdi. Bu isə 5 film üçün 30 milyon gəlir deməkdi. İndi siz deyin, biz gənclər filmimizi bu hala saldıq, yoxsa siz böyüklər? Biz gənclər bir manat dəstək olmadan, bu gün kinomuzun ağır yükünü çəkməyə çalışırıq. Siz böyüklərimiz isə bizə dəstək olmaq əvəzinə, bizləri qınayırsız! Dövlət büdcəsindən ayrılan pulları yediniz, villalar, mülklər tikdirdiniz, üç-dörd arvad, fəxri ad aldınız bəsdi daha! İmkan verin, indi biz kinomuza xidmət edək!”,- Faiq Nağıyev bildirib.

 

 

 

 

 

Bugün TV

Oxşar xəbərlər

Tekirdağ mərkəzli 4 ildə terror əməliyyatı: 16 nəzarətə alındı

Bugün TV

Sosial müavinətlər ehtiyacları ödəmir – TANINMIŞ SOSİOLOQ ÇAĞIRIŞ ETDİ

Kəmalə Sultan

Ölkədə müşahidə olunan güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu