Baş xəbərDigər

Dövlət Xidmətinin rəhbərliyi anım mərasimlərində iştirak etdi

Bugun.tv xəbər verir ki, 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və xidmətin rəhbər heyəti İkinci Şəhidlər Xiyabanını ziyarət edib.

Respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib, məzarları ziyarət edilərək üzərilərinə gül dəstələri düzülüb və şəhid ailələrinə başsağlığı verilib.

 

Xidmətin şəxsi heyəti Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib. Parkın girişində olan xatirə daşının üzərinə gül dəstələri qoyublar. Həmçinin saat 12:00-da şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

BMT elm insanları Qlobal Su Problemləri üçün yeni fəaliyyət planı tələb edir

Aynur Camal

Dünya İqtisadi Forumu Dördüncü Sənaye İnqilabı üçün Beş Yeni Texnologiya Mərkəzini İşə Salır

Aynur Camal

“Davos görüşü Azərbaycan–ABŞ strateji tərəfdaşlığında yeni mərhələ açır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu