8 C
Baku
23 Dekabr 2024, 7:36
Mədəniyyət

Dramaturq Cəfər Cabbarlının anadan olmasından 124 il keçir

Ədəbiyyatımızda “Bahar oğlu” adı ilə anılan dahi ədib Cəfər Cabbarlının anadan olmasından 124 il keçir.

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Xızıda  yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası Qafar Cabbarlı görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörəklərini  bişirərək Cəfəri dini məktəblərə qoyub.

Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının tanınmış dramaturqlarından sayılır. Onun  “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi” və ya “Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi  əsərləri bu gün də oxucuları tərəfindən rəğbətlə oxunur.

C.Cabbarlı  1934-cü ilin dekabrın 31-də səhər saat 4-də vəfat edib.

Allah rəhmət eləsin!

Kəmalə Sultan

Oxşar xəbərlər

• MƏDƏNİYYƏT CinemaPlus-da “3391 Kilometr” filminin Qala gecəsi keçirildi

Aynur Camal

“Bakı Türk Filmləri Həftəsi” başlayır

Nigar Məmmədova

Ankarada Türkiyə Cümhuriyyətinin 100-cü il dönümü qeyd olunub  

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu