Baş xəbərDigər

DSX-nin rəis müavini quru sərhədlərindən danışdı

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dövlət sərhəd buraxılış məntəqləri fəaliyyət göstərir. Belə ki əcnəbilərin öz ölkələrinə girişinə məhdudiyyət tətbiq olunmur. Yükdaşımalarla bağlı fəaliyyətdə də hər hansı bir məhdudiyyət yoxdur.

Bugün.tv “trend”ə istinadən xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ancaq əcnəbilər Azərbaycana gələn zaman hava yolundan istifadə etməlidirlər: “Vətəndaşlarımız da ölkə ərazisini tərk edən zaman hava yolundan istifadə etməlidirlər. Hökumətin sentyabrın 1-nə qədər olan qərarı Türkiyə ilə buraxılış məntəqəsində də tətbiq olunur”.

Aynur Camal

Oxşar xəbərlər

İngiltərə və Uelsdə oğlan uşaqlarına ən çox verilən ad ardıcıl üçüncü dəfə Məhəmməd oldu

Aynur Camal

Azərbaycanlı tədqiqatçı-alim xaricdə mükafatla təltif olundu

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-Türkiyə strateji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu