Mədəniyyət

Dubay imperatoru

“İmperator” ləqəbli İbrahim Tatlısəs ötən gün Dubay Coca-Cola Arenada verdiyi konsertdə türk və ərəb tamaşaçıları ilə görüşüb.

Sənətçi günlər öncədən biletləri bitən, anşlaqla başa çatan konsertinə “Yalınızım Dostlarım” mahnısı ilə başlayıb.

Sənətçi konsert salonunu dolduran tamaşaçılara “Bir Kulunu Çok Sevdim”, “Yağmur”, “Haydi Söyle”, “Dom Dom Kurşunu” kimi mahnıları təqdim edib.

Konsert boyu tamaşaçılar müğənnini müşayiət edərək onunla birgə mahnılarını ifa ediblər.

Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Türkiyədəki səfiri Lütfullah Göktaş, Dubay baş konsulu Onur Şaylan və Şimali Makedoniyanın BƏƏ-dəki səfiri Abdulkadar Memedi də iştirak edib.

Mənbə: Hurriyet.com

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Hindistanın zəngin ədəbi irsi Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Aynur Camal

Hicran Fuad Əhmədlinin nəzm və nəsr əsərlərinin təqdimatı keçirildi

Aynur Camal

Moda dünyasında incəsənət və qeyri-adi formalar ön plana çıxır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu