Sosial

Dünya Bankı və BVF Azərbaycanda qadınların məşğulluq imkanlarının artırılması üçün aparılan islahatları nümunə göstərib

Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun yaz iclasında Azərbaycanda qadınların məşğulluq imkanlarının artırılması üçün son illər aparılan islahatlar nümunə göstərilib.

Bugun.tv  xəbər verir ki, bu islahatlar ölkədə qadınların əmək bazarında iştirakı ilə bağlı böyük irəliləyiş kimi qeyd olunub. Qadınların bir çox peşə sahəsində (dəmir yolu mühəndisi, avtobus sürücüsü və s.) işləməsi ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətlərin artıq müvafiq qanun dəyişiklikləri ilə aradan qaldırıldığı bildirilib.

Nəticədə qadınların dəmir yolu sahəsində məşğulluq imkanlarının artdığı vurğulanıb.

Mənbə: AzerTac.Az

Aynur Camal

Oxşar xəbərlər

Qərbi Azərbaycan İcmasında ilk yarımilin yekunları müzakirə olundu

Aynur Camal

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün xüsusi kampaniyaya başladı

Bugün TV

Ceyhun Məmmədov: Milli dəyərlərin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu