Baş xəbərMədəniyyət

Dünya Beynəlxalq Caz günüdür

Bugun.tv xəbər verir ki, hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir.

2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır.

Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Şənliklər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.

Qeyd edək ki, Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır.

Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Qazaxıstan və Özbəkistan respublikalarının nümayəndə heyətləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Aynur Camal

1991-ci ildən indiyədək 3336 nəfər mina partlayışlarının qurbanı olub

Bugün TV

Ukrayna elan etdi: ABŞ ilə məsləhətləşmələr başladı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu