İdman

Dünya Kuboku sponsoru Hyundai Meksikada etirazların hədəfinə çevrilib

Bugun.tv xəbər verir ki, ətraf mühit fəalları cümə axşamı Meksikanın Qvadalaxara şəhərində keçiriləcək Meksika–Cənubi Koreya oyunundan əvvəl Dünya Kubokunun sponsoru olan Hyundai şirkətinə qarşı etiraz aksiyası keçirməyə hazırlaşırlar.

Etirazçılar Cənubi Koreya avtomobil istehsalçısının Meksikada fəaliyyət göstərən polad şirkəti Ternium ilə əməkdaşlığını tənqid edirlər. Ətraf mühit təşkilatı Mighty Earth 2025-ci ildə yayımladığı hesabatda Hyundai-ni “çirkli polad təchizat zəncirinin” bir hissəsi olmaqda ittiham edib.

Aksiya iştirakçıları Meksikada itkin düşən 130 min nəfərin taleyinə diqqət çəkməyi, həmçinin 2023-cü ildə müəmmalı şəkildə yoxa çıxan insan hüquqları müdafiəçisi Rikardo Arturo Laqunes Qaska və yerli icma lideri Antonio Dias Valensiyanın işinin araşdırılmasını tələb edəcəklər. Hər iki fəal Ternium şirkətinin fəaliyyəti ilə bağlı tənqidi mövqeləri ilə tanınırdı.

Etirazçılar Hyundai-dən Ternium ilə əməkdaşlığı dayandırmağı tələb edən plakatlarla meydana çıxacaqlar. Hyundai və Kia şirkətləri 2026-cı il Dünya Kubokunun rəsmi mobillik tərəfdaşlarıdır və turnir üçün yüzlərlə avtomobil və avtobus təqdim ediblər.

Ternium şirkəti itkin düşmə hadisələri ilə əlaqəsinin olmadığını bəyan edib, Hyundai isə planlaşdırılan etirazlarla bağlı şərh verməkdən imtina edib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kuboku festivalı hava şəraitinə görə dayandırıldı

Aynur Camal

Messi zədədən qayıdışını qolla qeyd etdi

Aynur Camal

Dünya Kuboku başlamadan qalmaqalla üzləşdi: Viza böhranı gündəmdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu