Dünya

Dünya Kuboku zamanı mümkün epidemiyalarla bağlı xəbərdarlıq edilib

Bugun.tv xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Kuboku zamanı yoluxucu xəstəliklərin yayılması riski ilə bağlı səhiyyə qurumları xüsusi nəzarət tədbirləri həyata keçirir.

Mütəxəssislərin sözlərinə görə, altı həftə davam edəcək turnuva ərzində milyonlarla azarkeşin stadionlara, əyləncə məkanlarına və turistik bölgələrə axın etməsi bəzi infeksiyaların yayılması üçün əlverişli şərait yarada bilər.

Pan Amerika Səhiyyə Təşkilatı xüsusilə qızılca xəstəliyi ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, ABŞ-da qızılca hallarında artım müşahidə olunur və xəstəlik Kanada ilə Meksikada da qeydə alınıb. Səhiyyə rəsmiləri azarkeşləri peyvənd olunmağa çağırıblar.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) və yerli qurumlar mümkün epidemiyaların erkən aşkarlanması məqsədilə xəstəxana müraciətlərini, sosial şəbəkələri və şəhərlərin tullantı sularını da monitorinq edir.

Aparılan analizlər zamanı bəzi şəhərlərdə hepatit A və rotavirus izlərinə rast gəlindiyi üçün beynəlxalq hava limanlarında və digər mühüm məntəqələrdə nəzarət tədbirləri gücləndirilib.

Mütəxəssislər qeyd edirlər ki, hazırda ən böyük risk havadan yayılan qızılca kimi infeksiyalarla bağlıdır. Bununla yanaşı, Ebola virusunun yalnız yoluxmuş şəxslərin bədən mayeləri ilə təmas zamanı keçdiyi üçün turnuva zamanı geniş yayılma ehtimalının çox aşağı olduğu vurğulanıb.

Səhiyyə qurumları Dünya Kuboku müddətində mümkün risklərin qarşısını almaq üçün bütün zəruri hazırlıq və koordinasiya tədbirlərinin görüldüyünü bildirirlər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Qəbələdə 5,1 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu