25 C
Baku
23 İyun 2025, 13:22
Baş xəbərDünya

Dünya şöhrətli sənət adamları Qəzzada baş verən soyqırıma səssiz qalmadılar

Dünyanın müxtəlif ölkələrindən 350-dən çox tanınmış rejissor, aktyor və prodüser İsrailin Qəzzaya hücumlarını pisləyib və onları “soyqırım” kimi qiymətləndirib.

Dünyaca məşhur sənətçilər İsrailin Qəzzada törətdiyi soyqırımını pisləyiblər. Variety jurnalının məlumatına görə, sənətçilər İsrailin hücumu nəticəsində həyatını itirən fələstinli jurnalist Fatma Hasune üçün açıq məktub dərc ediblər.

Məktubda sənətçilər Qəzzada baş verən soyqırıma səssiz qala bilməyəcəklərini bildirərək, kinonun ədalətsizliklə mübarizədə bir vasitə olması lazım olduğunu vurğulayıblar.

Oskar mükafatı almış “Başqa diyar yoxdur” sənədli filminin fələstinli rejissoru Həmdan Ballala İsrail qüvvələrinin hücumunu pisləyən sənətçilər Akademiyanın fəaliyyətsizliyini tənqid ediblər.

Pedro Almodovar, Xavyer Bardem, Gianni Amelio, Ralph Fiennes, Mark Ruffalo, Yorgos Lanthimos və Khalid Abdalla da daxil olmaqla 350-dən çox dünya şöhrətli rejissor, aktyor və prodüserin imzaladığı məktubda İsrailin Qəzzaya hücumlarını pisləyərək,

“Biz bu cür biganəlikdən utanırıq” ifadələri işlədilib.

25 yaşlı fələstinli jurnalist Fatma Hasune İsrailin Qəzza zolağına hücumu nəticəsində həyatını itirib. Hasunenin hücumlarla bağlı sənədli filmi Kann Film Festivalında nümayiş etdirilməli idi.

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 52 min 862, yaralıların sayı isə 119 min 648-ə yüksəlib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Ayın səthinə enəcək “Vulkan Kentavr” zondu kosmosa buraxıldı

İntizar Əmirova

Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi

Elnarə Dərziyeva

Rusiya Dağ Yəhudiləri İcmasının rəhbəri Azərbaycanı təbrik etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu