27 C
Baku
27 İyul 2024, 8:00
Maraqlı faktlar

Dünya üzrə kök insanların sayı müəyyən edildi

Bugun.tv xəbər verir ki, NCD Risk Factor Collaboration-dan olan elm adamları və sağlamlıq ekspertləri dünya üzrə obez insanların ümumi sayının bir milyardı ötdüyünü müəyyən ediblər. Araşdırmanın nəticələri The Lancet-də dərc olunub.

Qlobal məlumatların təhlili göstərib ki, 2022-ci ildə uşaqlar və yeniyetmələr arasında piylənmə nisbəti 1990-cı illə müqayisədə dörd dəfə çoxdur. Piylənmə nisbətləri qadınlarda iki dəfədən çox, kişilərdə isə təxminən üç dəfə artlb. Ümumilikdə 2022-ci ildə 159 milyon uşaq və yeniyetmə və 879 milyon böyük obez olub.

Çəki azlığı baxımından, 1990-2022-ci illər arasında dünya miqyasında bu xəstəliyi olan uşaq və yeniyetmələrin nisbəti qızlar arasında təxminən beşdə bir, oğlanlar arasında isə üçdə birdən çox azalıb. Eyni dövr ərzində dünya üzrə çəkisi az olan yetkinlərin nisbəti yarıdan çox düşüb.

Piylənmə və çəki azlığı qida çatışmazlığının formasıdır. Bir çox cəhətdən insanların sağlamlığına zərər verir. Yetkinlərin bədən kütləsi indeksi (BKİ) hər kvadratmetr üçün 30 kiloqramdan çox və ya ona bərabər olduqda piylənmə, BKİ hər kvadrat metrə 18,5 kiloqramdan az olduqda isə aşağı çəkili hesab olunub.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Ət, balıq və yumurtada olan taurin qocalmanı yavaşladır- ARAŞDIRILDI

Bugün TV

İbtidai insanın ayaq izləri tapıldı

Bugün TV

Vəhşi təbiətin müxtəlifliyi və gözəlliyi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu