Baş xəbərDünya

“Dünyada Avropanı önəmsəyən ölkə çox deyil”

keçmiş İtaliyan baş naziri

Bugun.tv xəbər verir ki, “Əgər Çin Avropanı “işğal etmək” qərarına gəlsəydi, o, necə müqavimət göstərəcəyini bilməyəcəkdi və edə biləcəyi ən yaxşı şey Çin dilini öyrənmək üçün məktəbə getmək olar”- bunları İtaliyanın keçmiş baş naziri deyib.

“Dünyada az qisim ölkə Avropanı nəzərə alır”- Forza Italia partiyasının qurucusu olan keçmiş baş nazir Silvio Berluskoni Milanın San Raffaele Xəstəxanasından videomüraciətində vurğulayıb.

Onun sözlərinə görə, Aİ “bütün Avropa ölkələrinin silahlı qüvvələri arasında sıx əməkdaşlıq, artan hərbi xərclər və ən azı 300 min nəfərlik çevik reaksiya qüvvəsi ilə vahid hərbi siyasətə malik olmalıdır”.

Siyasətçi əmindir ki, yalnız Avropa “böyük qlobal çağırışların, o cümlədən “Çin imperializminin” qəhrəmanı ola bilər. Keçmiş baş nazir hesab edir ki, Avropa, “əsl vahid qitəyə” çevrilməlidir.

Xatırladaq ki, Keçən ilin payızında Berluskoni Avropanı “dünya səviyyəli hərbi gücə” çevrilməyə çağırmışdı. Avropa ölkələri kommunizmin ölkələrə “yalnız yoxsulluq, terror və ölüm” gətirdiyi Çinin mümkün hücumlarından qorunmalıdır”, o deyib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Məlumat xarakterli xidmətlərin ödənişsiz olması təklif edilir

Aynur Camal

İstanbulun Fatih məscidində bıçaqlı insident oldu

İntizar Əmirova

Şimali Koreya lideri Kim Putinə mesaj göndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu