7 C
Baku
21 Dekabr 2025, 11:40
Digər

Dünyada ilk dəfə Süni İntellekt üzrə yeni kafedra yaradıldı

Toronto Universiteti (U of T) Google-nin ayırdığı 10 milyon dollarlıq maliyyə dəstəyi hesabına süni intellekt sahəsində yeni Hinton Kafedrasının (Hinton Chair in Artificial Intelligence — Hinton adına süni intellekt üzrə professor vəzifəsi) yaradıldığını elan edib.

Universitet rəhbərliyi bildirib ki, bu təşəbbüs həm U of T-də, həm də Google-da böyük iz qoymuş Nobel mükafatı laureatı Geoffrey Hinton-un elmi irsini yaşatmaq məqsədi daşıyır.

Universitetin prezidenti Melani A. Woodin Google-un göstərdiyi dəstəyə görə təşəkkür edərək bildirib ki, yeni kafedra süni intellekt sahəsində beynəlxalq səviyyəli mütəxəssislərin universitetə cəlb edilməsinə və bu istiqamətdə aparılan dönüş yaradan tədqiqatların güclənməsinə imkan verəcək. U of T Google-nin ayırdığı vəsaiti əlavə 10 milyon dollarla tamamlayaraq ümumi investisiyanı 20 milyon dollara çatdırıb.

Bu tarixi investisiya Hinton Kafedrasını universitetin ən nüfuzlu elmi araşdırma vəzifələrindən birinə çevirir.

Yeni professorluğun yaradılması süni intellekt üzrə qabaqcıl araşdırmaların dəstəklənməsinə, fundamental elmi kəşflərin sürətlənməsinə və AI sahəsində növbəti mərhələyə keçid üçün güclü elmi baza formalaşdırılmasına xidmət edəcək.

Mənbə: Artsci.utoronto

Aynur Camal

Oxşar xəbərlər

39-cu illik konqresi və İndoneziya Oftalmoloqlar Assosiyasının 49-cu görüşü keçirildi – FOTOLAR

Aynur Camal

“Azərbaycan Avropa ilə əməkdaşlığı inkişaf etdirməlidir”

Aynur Camal

Gəmilərdə əlavə tədbirlər həyata keçiriləcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu