Texnologiya

Dünyada uçan taksi xidməti göstərən ilk şəhərin adı açıqlandı

Bugun.tv xəbər verir ki, Dubay dünyada uçan taksi xidməti göstərən ilk şəhər olacaq. O bir pilot və 4 sərnişin daşımaq qabiliyyətinə malikdir. Ekoloji cəhətdən tam zərərsizdir.

Taksilərin maksimum uçuş məsafəsi 161 kilometr, sürəti saatda 320 kilometrdir. Onun uçuş stansiyaları 4 fəqrli məkandan – Dubay Beynəlxalq Hava Limanı, şəhərin mərkəzində Downtown, Dubay Marina və Palm Jumeirah-dan olacaq.

Sərnişinlər bu avtomobillə istədikləri ünvana tez çata biləcəklər. Məsələn, Hava Limanı ilə Palm Jumeirah arasında 45 dəqiqəyə olan məsafə 10 dəqiqəyə qət ediləcək.

Ümumilikdə, uçan taksi istehsal edən şirkətlərin sayı çoxdur. Bəzilər hətta xidmətə tam hazırdılar. Ancaq həmin ölkələrdə tənzimləyici qaydaların və icazələrin olmaması bu nəqliyyat növünün faliyyətinə imkan vermir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Avropa şirkətləri robototexnika və fiziki süni intellekt sahəsində rəqabət aparmağa hazırdır

Aynur Camal

Süni intellekt 92 yeni şəkər əvəzedicisinin hazırlanmasına yol aça bilər

Aynur Camal

Smartfon olmadan işləyən Linux əsaslı ağıllı eynəklər təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu