Çin bir daha vizual şənliklərə olan həvəsini nümayiş etdirdi və dünyanın ən böyük dron şousunu keçirdi.
8 min 100 pilotsuz təyyarənin Çinin Şençjen şəhərində səmada yaratdığı möhtəşəm görüntülərlə yeni dünya rekordu qırılıb.
Bu unikal tədbirdə minlərlə pilotsuz təyyarə mükəmməl sinxron hərəkət edərək mürəkkəb naxışlar, hərəkətli şəkillər və hətta səmada üçölçülü obyektlər yaradıb.
Pilotsuz təyyarələrin yaydığı işıqlar sayəsində səma canlı rənglərin bir araya gəldiyi valehedici bir kətana çevrildi.
Çin belə tədbirlərlə həm daxili turizmi canlandırır, həm də ölkənin texnoloji gücünü dünyaya nümayiş etdirir. Dron texnologiyalarının sürətli inkişafı ilə gələcəkdə daha böyük və mürəkkəb pilotsuz təyyarə nümayişlərinin keçirilməsi gözlənilir.
Bu şoular təkcə əyləncə məqsədləri üçün deyil, həm də reklam kampaniyaları, idman tədbirləri və hətta bədii tamaşalar üçün də istifadə edilə bilər.
Mənbə: EnSonHaber