10 C
Baku
22 Dekabr 2024, 22:42
Dünya

Dünyanın ən gənc rəssamı: O, 1,5 yaşında rekordlar kitabına düşdü

Qanada 1,5 yaşlı körpə uşaq ən gənc rəssam kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Ace-Liam Nana Sam Ankrah adlı uşaq 1 yaş 152 günlük ən gənc rəssam kimi Ginnesin Rekordlar Kitabına düşüb. Bu sahədə rekordlar kitabına düşmək üçün sərgidə rəsm satmağı bacarmaq və satılan rəsmin hazırlandığını sübut etmək lazımdır. Ace-Liam Qanadakı ilk sərgisində 10 rəsm satmağı bacardı. Balaca rəssam ölkənin birinci xanımı Rebekka Akufo-Addodan da rəsm sifarişi alıb. Rəssam olan ana Chantelle Kuukua Eghan deyir ki, oğlunun rəssamlıq istedadı hələ altı aylıq olanda üzə çıxıb.

BBC-yə danışan qürurlu ana Ginnesdən məktubu alanda “göz yaşlarına boğulduğunu” və “Allaha şükür etdiyini” deyib. Anası deyir ki, Ace-Liam hansı rənglərin birlikdə işlədiyini bilir. Karyerasında indiyə qədər 15 tablosu satılan Liamın əsərlərinin tezliklə hərraca çıxarılması gözlənilir.  1,5 yaşlı rəssamın anası oğlunun rəsm çəkməyə necə başladığını da açıqlayıb.  Ana dedi ki, rəsm üzərində işləyərkən oğlu qarşısına bir rəsm kağızı açıb və “açıq rənglərə çox maraq göstərirdi” deyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İran İsrailin gözlənilən cavab tədbirinə qarşı hərbi plan hazırlayır

Aynur Camal

Norveç Ukraynaya daha on min artilleriya mərmisi verib

Aynur Camal

Yer açıldı, içəri düşdü və yox oldu!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu