25 C
Baku
27 İyul 2024, 4:07
Dünya

Dünyanın ən güclü ordularının siyahısı yeniləndi!

ABŞ-da yerləşən Global Firepower 2023-cü ildə dünyanın ən güclü ordularının siyahısını açıqlayıb.

Siyahıda Türkiyə detalı diqqət çəkib.

Hər il dünyanın ən güclü ordularını sıralayan ABŞ-da yerləşən Global Firepower şirkəti 2024-cü il üçün siyahını açıqlayıb. Reytinq ölkə ordularının hərəkətliliyi, əməliyyat uğurları, uzun müddət meydanda qalma kimi bir çox amillər nəzərə alınaraq hazırlanıb.

Türkiyənin son illərdə “Milli Texnologiya Hərəkatı” və “Tam Müstəqil Türkiyə” hədəfləri ilə atdığı addımlar türk ordusunun hər mənada inkişafına zəmin yaradıb. Prezident Ərdoğanın rəhbərliyi ilə işə salınan “Rəqəmsal hüquq-mühafizə” sistemi ilə Türkiyə ordusunun texnoloji inkişafı təmin edilib.

Ötən il dünyanın ən güclü orduları siyahısında 11-ci yerdə olan Türkiyə bu il 8-ci yerdə açıqlanan siyahıya daxil olmağı bacarıb.

Siyahıda birinci yerdə ABŞ ordusu, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Çin qərarlaşıb.

Dünyanın ən güclü ordularının siyahısının təfərrüatlarını təqdim edirik:

1-Amerika Birləşmiş Ştatları

2- Rusiya

3-Çin

4- Hindistan

5- Cənubi Koreya

6- Böyük Britaniya

7- Yaponiya

8- Türkiyə

9- Pakistan

10- İtaliya

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İranda terror aktı törədənlər həbs edildi

İntizar Əmirova

Türkmənistanın MSK-sı ölkədə keçirilən parlament seçkilərini legitim tanıyıb

Nigar Məmmədova

Canluka Vialli vəfat etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu