Almaniya, Fuggerei, ən ucuz kirayə, sosial mənzil, Auqsburq, Yakob Fugger, illik kirayə, xeyriyyə fondu, Avropa, maraqlı fakt
Dünya

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Bugun.tv xəbər verir ki, Almaniyanın Auqsburq şəhərində yerləşən və dünyanın bu günədək istifadə olunan ən qədim sosial yaşayış kompleksi hesab edilən Fuggerei sakinlərindən illik cəmi 0,88 avro (təxminən 1 manat 75 qəpik) kirayə haqqı alınır. Bu məbləğ yaşayış məhəlləsinin 1521-ci ildə yaradıldığı vaxtdan dəyişməyib.

Fuggerei alman taciri və xeyriyyəçi Yakob Fugger tərəfindən aztəminatlı insanlar üçün təsis edilib. Kompleks kommersiya layihəsi deyil, əsrlərdir fəaliyyət göstərən xeyriyyə fondu tərəfindən idarə olunur. Burada onlarla ev və təxminən 140 mənzil yerləşir. Sakinlər elektrik enerjisi, istilik və bəzi kommunal xərcləri ayrıca ödəsələr də, kirayə haqqı simvolik olaraq saxlanılır.

Bu yaşayış kompleksində məskunlaşmaq istəyənlər isə üç əsas şərti yerinə yetirməlidirlər. Birinci şərt müraciət edən şəxsin maddi vəziyyətinin zəif olduğunu rəsmi şəkildə sübut etməsidir. İkinci şərtə əsasən, namizəd müəyyən müddət Auqsburq şəhərində yaşamış olmalıdır. Üçüncü və ən fərqli tələb isə hər gün kompleksin banisi Yakob Fugger və ailəsinin xatirəsinə üç dua oxumaqdır.

Fuggerei bu gün də sosial dəstəyin və xeyriyyəçilik ənənəsinin simvollarından biri kimi fəaliyyətini davam etdirir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Çin raketinə buraxılışı zamanı ildırım düşdü

Aynur Camal

İngiltərə İranın təhdidindən sonra: Ölkəmizi 24 saat müdafiə etməyə hazırıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu