Qrenlandiya köpəkbalığı, Qrenlandiya, dəniz canlıları, balıqçılıq, köpəkbalığı, ekologiya, təbiətin mühafizəsi, dünya xəbərləri
DünyaMaraqlı faktlar

Dünyanın ən yavaş köpəkbalığının taleyi gündəmdədir

Qrenlandiyada balıqçılarla təbiəti mühafizə edənlər arasında dünyanın ən yavaş köpəkbalığı hesab edilən Qrenlandiya köpəkbalıqlarının taleyi ilə bağlı mübahisə yaranıb.

Bugun.Tv xəbər verir ki, The Guardian-ın yazdığına görə, bu köpəkbalıqları Qrenlandiyada treska və qrenlandiya kambalası ovlayan balıqçıların tor və xətlərinə tez-tez ilişir, nəticədə bahalı balıqçılıq avadanlıqları zədələnir.

Balıqçı Henrik Jensen bildirib ki, bu il təxminən 6 min qarmaq itirib və bəzi günlərdə zərərinin 30 min Danimarka kronuna çatdığını deyib.

Bu səbəbdən Qrenlandiyanın Avannaata bələdiyyəsi əvvəlcə 1000 Qrenlandiya köpəkbalığının məhv edilməsini nəzərdə tutan planı təsdiqləyib. Lakin hökumətin planın qanuniliyini şübhə altına almasından sonra qərar dayandırılıb. Buna baxmayaraq, gələcəkdə bu növün sayının azaldılması məsələsinin yenidən gündəmə gəlməsi ehtimalı qalır.

Qrenlandiya köpəkbalığı, Qrenlandiya, dəniz canlıları, balıqçılıq, köpəkbalığı, ekologiya, təbiətin mühafizəsi, dünya xəbərləri

Alimlər təhlükə barədə xəbərdarlıq edir

Təbiəti mühafizə edənlər isə belə bir addımın növ üçün ağır nəticələr yarada biləcəyini bildirirlər. Qrenlandiya köpəkbalıqları 400 ildən çox yaşaya bilir və cinsi yetkinliyə təxminən 150 yaşında çatır. Bu isə onların çox yavaş çoxaldığını və saylarının azalmasından sonra bərpasının son dərəcə çətin olduğunu göstərir.

Mütəxəssislər bildirirlər ki, köpəkbalıqlarının məhv edilməsi problemi tam həll etməyə bilər. Çünki bu canlılar uzun məsafələrə miqrasiya edir və başqa ərazilərdən gələn köpəkbalıqları onların yerini tuta bilər.

Alternativ olaraq balıqçılıq avadanlıqlarının təkmilləşdirilməsi, itirilmiş tor və xətlərin dənizdən yığılması, həmçinin köpəkbalıqlarını uzaqlaşdıran xüsusi texnologiyaların sınaqdan keçirilməsi təklif olunur.

Qrenlandiya köpəkbalığı, Qrenlandiya, dəniz canlıları, balıqçılıq, köpəkbalığı, ekologiya, təbiətin mühafizəsi, dünya xəbərləri

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Yunanıstanın Kalamos adasında məktəb bağlanmaq üzrədir: cəmi iki şagird qalıb

Aynur Camal

Ayın səthindəki sirli dəliyin nəhəng mağaraya açılıb-açılmadığı araşdırılacaq

Aynur Camal

Almaniya Ukraynaya 1 milyard avroluq yeni hərbi yardım ayırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu