18 C
Baku
27 Oktyabr 2025, 13:41
Baş xəbərSəhiyyə

Dünyanın ən zərərli qidası – yağlı və şəkərli yeməklərdən uzaq durun!

Həddindən artıq yağlı və şəkərli qidalardan istifadə beyinə zərər verir.

Bugun.tv xarici KİV-lərə istinadla xəbər verir ki, bu, Amerika Nevrologiya Akademiyası tərəfindən aparılan araşdırma zamanı məlum olub.

Araşdırmada bir qrup iştirakçıya dörd gün səhər yeməyi üçün yağlı və şəkərli yemək təqdim olunub. Dördüncü günün sonunda iştirakçılar yoxlanıldıqdan sonra onların idrak funksiyalarında yavaşlama halı müşahidə edilib.

Oksford Universitetində aparılan başqa bir araşdırmada isə tərkibində çox miqdarda yağ və şəkər olan qidaları qəbul edən insanların beş gün ərzində diqqət və yaddaş problemi yaşadığı ortaya çıxıb.

Bütün bu araşdırmalar göstərir ki, qəbul edilən yağlı qidalar artıq çəkiyə səbəb olur, artıq çəki isə diabet və piylənmə yaradır. Sağlam həyat üçün sağlam qidalanma və müntəzəm idman lazımdır. İdeal çəkidə olan, qidalanma və idmanına diqqət yetirən insanların xroniki xəstəliklərə tutulma riski azdır.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Rusiya atom elektrik stansiyasının “dünyanı radiasiyadan qoruyan sığınacağına” hücum etdi

Aynur Camal

Nvidia, Run:ai-nin alınması üçün Avropa İttifaqından icazə alır

Aynur Camal

Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu