6 C
Baku
23 Dekabr 2024, 23:22
Dünya

Dünyanın hər yerində Şimal İşıqları! Trabzondan da görünür

Günəşdə baş verən partlayışlar geomaqnit qasırğasına səbəb olub. İngiltərə, İrlandiya, Rusiya, Slovakiya və Trabzonun Ortahisar bölgəsi maqnit fırtınası səbəbiylə Şimal işıqlarının göründüyü ünvanlar arasında olub. Mütəxəssislər xəbərdarlıq edir ki, geomaqnit qasırğası elektron cihazlarda və elektrik şəbəkələrində mümkün fasilələrə səbəb ola bilər.

ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi Günəşin səthində baş verən partlayışlar səbəbindən şimal yarımkürəsində şiddətli “Geomaqnit Fırtınası”nın baş verəcəyini açıqlayıb. Açıqlamada, geomaqnit qasırğasının “peyk rabitəsi və enerji sistemlərinə təsir göstərə biləcəyi” paylaşılıb.

NASA-nın məlumatına görə, Günəşin səthindəki partlayışlar radiotezliklər, elektrik şəbəkələri və naviqasiya siqnalları üçün təhlükə yaradan güclü enerji dalğaları yaradır. Odur ki, geomaqnit qasırğası ilə əlaqədar peyk naviqasiya sistemlərində və radioqəbuledici tezliklərdə nasazlıqların ola biləcəyi, saatlarla davam edə biləcək kəsilmələrin baş verə biləcəyi və ya bəzi oxşar cihazların ümumiyyətlə işləməyə biləcəyi bildirilir.

Maqnit qasırğasının yaratdığı qütb işıqları da peyda olub.

Yerin maqnit sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan Şimal İşıqları (Aurora Borealis) Trabzonun Ortahisar rayonunda gözəl görüntü yaradıb.

Xüsusilə Türk Hava Yolları, Sun Express və Pegasusun Avropa uçuşlarında sərnişinlər, kabin və uçuş heyətləri bu əyani ziyafətin şahidi olublar.

Uçuş zamanı şimal işıqlarını görən pilotlar bu möhtəşəm anı fotoşəkillərlə əbədiləşdiriblər.

Maqnit qasırğasının yaratdığı Şimal İşıqlarının göründüyü yerlər arasında İngiltərə, İrlandiya, Rusiya və Slovakiya da olub. Günəş fırtınasının mənbəyi Günəşin səthində Yerin diametrindən 16 dəfə böyük olan günəş ləkələrinin mürəkkəb çoxluğudur. Fırtınanın artan təsiri Günəşin 11 illik dövrünün zirvəsində daha çox olur. Bu böyüklükdə günəş fırtınası sonuncu dəfə 2003-cü ilin oktyabrında Yerə çatmışdı. Mütəxəssislər bildirirlər ki, fırtınanın maqnit təsirləri üç gün davam edə bilər.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Almaniyanın eks-prezidenti indiki dövrü soyuq müharibə dövründən daha təhlükəli hesab etdi

İntizar Əmirova

Oğurluq etmək üçün girdiyi evdə kitab oxudu

Aynur Camal

Berlində aktivistlər məşhur rok qrupunun qərargahına hücum etdilər – FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu