Dünya

Dünyanın karbon büdcəsi üç ilə tükənə bilər

Bugun.tv xəbər verir ki, beynəlxalq alimlər qrupunun hazırladığı yeni hesabatda qlobal iqlim dəyişiklikləri ilə bağlı narahatedici nəticələr açıqlanıb.

Araşdırmaya görə, hazırkı istixana qazı emissiyaları tempi davam edərsə, qlobal istiləşməni Paris İqlim Sazişində nəzərdə tutulan 1,5°C həddində saxlamaq üçün qalan karbon büdcəsi cəmi üç ilə tükənə bilər. Alimlər bildirirlər ki, insan fəaliyyəti nəticəsində yaranan istiləşmə artıq sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,37°C-ə çatıb.

Hesabatda vurğulanır ki, atmosferə buraxılan karbon qazının həcmi azaldılmasa, 2030-cu illərin əvvəllərində 1,5°C həddinin aşılması ehtimalı çox yüksəkdir. Mütəxəssislər bunun daha güclü istilik dalğalarına, quraqlıqlara, meşə yanğınlarına və dəniz səviyyəsinin sürətlə yüksəlməsinə səbəb ola biləcəyini qeyd edirlər.

Tədqiqat müəllifləri hökumətləri və sənaye sektorunu emissiyaların azaldılması istiqamətində təxirəsalınmaz tədbirlər görməyə çağıraraq bildiriblər ki, qarşıdakı bir neçə il qlobal iqlim siyasəti üçün həlledici dövr olacaq.

Mənbə: Lemonde

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu