22 C
Baku
12 Sentyabr 2025, 4:34
İqtisadiyyat

Dünyanın üçüncü ən böyük iqtisadiyyatı adı dəyişdi

Bugun.tv xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin məlumatlarına verib. 2023-cü ilin sentyabr-dekabr dövründə daxili tələbin zəif olması səbəbindən Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki rüblə müqayisədə 0,1 faiz, illik bazda isə 0,1 faiz azalıb.

Proqnozlar, sözügedən dövrdə Yaponiya iqtisadiyyatının illik 1,4 faiz artacağı idi.

Yaponiyanın ÜDM-i 2023-cü ilin iyul-sentyabr dövründə illik əsasda yenidən baxıldıqdan sonra 3,3 faiz azalıb. Belə ki, ölkə iqtisadiyyatı texniki cəhətdən tənəzzülə girərkən, Yaponiya Bankının (BOJ) on il ərzində həyata keçirdiyi ultra-boş pul siyasətindən çıxacağına dair şübhələr də artıb.

Almaniyanın Yaponiyanı geridə qoyub. Dünyanın üçüncü ən böyük iqtisadiyyatı olması diqqət çəkib.

Yaponiyanın 2023-cü ildə nominal ÜDM dollar ifadəsində 4,2 trilyon dollar olduğu halda, Almaniyanınki 4,5 trilyon dollar olaraq qeyd edilib. Yaponiya dünya iqtisadiyyatında Almaniyadan sonra dördüncü yerdədir.

Analitiklər buna həm də yenanın kəskin ucuzlaşmasının səbəb olduğunu bildiriblər.

Yapon yenisi son iki ildə dollara nisbətdə yüzdə 18-dən çox dəyər itirib. Bu halda BOJ-nin mənfi faiz dərəcələrini saxlaması səbəbindən keçən il sözügedən itki yüzdə 7 olub.

Yaponiyanın iqtisadi istehsalının yarısından çoxunu təşkil edən özəl istehlak son rübdə 0,2 faiz azalıb. Ardıcıl üçüncü rübdə azalma tendensiyasını davam etdirdi.

Sürətli yaşlanma ilə bağlı narahatlıqların olduğu ada ölkəsində ev təsərrüfatları artan yaşayış xərcləri və real əmək haqqının azalması ilə mübarizə aparır. Korporativ xərclər isə son rübdə 0,1 faiz azalaraq zəif qalır.

Digər tərəfdən, ABŞ və Çin dünyanın ən böyük iqtisadiyyatları siyahısında ilk iki yerdədir.

Mənbə trthaber

Aynur Camal

Oxşar xəbərlər

Bərpa olunacaq ərazilərin vəsaiti açıqlandı

Bugün TV

Türkiyə taxıl müqaviləsi çərçivəsində 25 milyon metrik ton taxıl ixrac edib

Nigar Məmmədova

Dünya bazarlarında neftin qiyməti aşağı düşüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu