Image default
Baş xəbərDünya

Dünyanın ən aktiv vulkanında problem

Dünyanın ən aktiv vulkanlarından biri olan Havaydakı Kilauea vulkanı yenidən lava püskürüb. Kilauea vulkanı dekabrın 23-dən müntəzəm fasilələrlə aktivləşib.

Havay Vulkan Rəsədxanasından verilən yazılı açıqlamada, vulkanın yerli vaxtla saat 10.16 radələrində 9-cu dəfə təxminən 100 metrə qədər lava püskürdüyü və tüstünün səmaya qalxdığı qeyd edilib.

Vulkandakı fəaliyyətin Havay Vulkanları Milli Parkı daxilindəki zirvə kraterində baş verdiyi bildirilərkən, milli parkı ziyarət edənlərə təhlükəsizlik üçün qapalı ərazilərdən uzaq durmaları və zərərli qazlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilir.

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən bəri püskürmələr yaşayır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu