7 C
Baku
4 Dekabr 2024, 23:01
Maraqlı faktlarSəhiyyə

Düşüncələrimizi düzgün yönəltməklə bütün arzularımıza çata bilərik- ŞÜURALTI TERAPİSTDƏN AÇIQLAMA

“İnsanlar həqiqətən nə qədər güclü olduqlarını, bununla nələri bacaracaqlarını bilsələr, düşüncələrinə diqqət etsələr, enerjiləri ilə ən yüksək dalğada olub hər şeyi yaradacaq gücə sahib olarlar”.

Bu fikirlərin müəllifi, enerji üzrə mütəxəssis, şüuraltı terapist Çiçək Orucovadır. O, meditasiya və enerji ilə bağlı Bugun.tv-nin suallarını cavablandırıb.

– Çiçək xanım, son zamanlar sosial şəbəkələrdə tez-tez meditasiya təlimləri ilə bağlı məlumatlara, görüntülərə rast gəlirik. Ümumiyyətlə, meditasiya nədir və bu insana nə verir?

– Meditasiya özünə dönmək, iç hüzurunu artırmaq, dərin düşünmək, ruhunu arındırmaq, yaşamını şəfalandırmaqdır. Belə ki, günlük həyat təlaşlarımızın içində bəzən özümüzü dinləməyib, sadəcə zehnimizin bizə dediklərini duyuruq, ruhumuzun ehtiyaclarını qarşılamağı unuduruq. Bu halda həyatımızda sanki bir labirint yaranır. Bu zaman isə bizə çıxış yolunu göstərəcək ən gözəl vasitə meditasiya olur. Necə ki, idman bizim fiziki sağlamlığımız üçündur, eləcə də zehnimizin, ruhsal bədənimizin sağlığı üçün də meditasiya həyat tərzimizə çevrilməlidir. Çünki birinci ruh şəfalanmalıdır ki, ehtiyaclarını, özünü anlayıb gözəl hüzurlu, istəklərini əldə edən biri olaraq həyat yolçuluğuna davam edə biləsən. Bəzən elə bilirik ki, meditasiya bir yerdə sakit dayanıb gözlərini yumub dayanaraq ediən bir hərəkətdir, amma əslində bütün fikrini bir yerə toplayaraq bişirdiyin yemək, çəkdiyin rəsm, izlədiyin bir film belə meditasiya anını yaşamaqdır. Qısaca desək, meditasiya zehnini susdurub, ruhunla anı yaşayıb özünü kəşf etdiyin, özünü dinlədiyin andır.

– İnsan həyatında meditasiyanın və enerjinin rolu nədir?

– İnsanlar həmişə nə istədiklərinə deyil, nə istəmədiklərinə köklənirlər. Etdiyim seanslar zamanı ilk sualım həmişə bu olur – “Həyatdan nə istəyirsiniz, nəyi yaşamaq istəyirsiniz?”. Aldığım cavablar isə çox zaman eyni olur, qarşımdakı insan bütün istəmədiyi nə varsa hamısını sayaraq, bunlarsız həyat yaşamaq istəyirəm deyir. İnsanlar nə istədiklərindən çox, istəmədiklərinə kökləndiklər üçün arzularını asanlıqla yaşaya bilməyib, daha çox neqativi özlərinə çəkirlər. Çünki uşaqlıqdan yaratdığımız nəsillərdən, ailəmizdən və kollektiv şüurdan bizə ötrülmüş vərdiş halına gələn düşüncə qəliblərimiz var ki, onlar bizə gözəl yaşam yolunda əngəllər yaradır. O inancları, düşüncələri dəyişdiyimiz an və özümüzə dönüb fərqindəliyimizi anladığımız, “niyə?” sualından “necə?” sualına keçdiyimiz an həyatımızın iplərini öz əlimizə ala biləcəyik.

– Bizə gələn ilahi enerji varmı? Nəyə görə bu enerji Azərbaycanda qəbul edilmir? Ola bilərmi ki, bu, bizim məlumatsızlığımızdan və yaxud da inamsızlığımızdan irəli gəlsin?

– Əslində, biz və bütün kainat enerjidən ibarətik və bizi yaradan ilahi qüvvənin bir parçasıyıq. O ilahi enerji dediyimiz bütün zamanlarda və məkanlarda bizimlədir. Sadəcə, biz bunu bəzən qəbul etmirik, çünki öyrədilmiş bir sistem var və o sistemdən kənara çıxmaq istəmirik. Dəyişim yorucudur, uzunmüddətlidir və əksəriyyət insanlar yorulmaq, öz komfort sahəsini tərk etmək istəmədiyindən bu məsələlər qəbul olunmaya bilər. Mənim özüm bu düşüncələrlə illər qabaq qarşılaşdığımda enerji,  kainatın işləyiş qanunları haqqında oxuyanda əvvəl bəzi məlumatları qəbul etməkdə çətinlik çəkirdim. Çünki bunlar illərdir öyrəndiklərimin tam əksi idi.

Bu gün meditasiyanın daha da geniş auditoriyaya yayılması və bundan hər kəsin yararlana bilməsi üçün nə etmək lazımdır?

– Çox istəyərdim ki, necə ki, məktəblərdə illərdir oxuduğumuz fənlər var, eləcə də, bu yeni bilgilər bizim nəsillərə də dərs olaraq tədris edilsin. Çünki insanlar həqiqətən də düşüncələrinin gücünü, bununla nələrə qadir olduqlarını bilsələr, fikirlərinə diqqət etsələr, enerjiləri ilə ən yüksək dalğada olub hər şeyi yaradacaq gücə sahiblənməyi bacararlar. Tanrı – bizi yaradan qüvvə enerjimizlə, sözlərimizlə bizi hiss edərək, dinləyir və fikirlərimizə uyğun reallıq yaşadır. Ona görə də hər kəsə özünü kəşf etməyi və enerjilərini düzgün yönləndirməyi məsləhət görürəm. Bizim ölkədə də artıq insanların çoxu bu haqda bilgilidir və zaman-zaman daha çox kütlə məlumatlı olacaq. Sevdiyim bir cümlə var, “Nəyisə qəlbdən istəyərsənsə, bütün kainat onu sənə gətirmək üçün iş birliyi qurar”. Kainat isə istəkləri, sadəcə bir yolla gətirir – sənin qəlbindən dünyaya yayılan və istədiyin arzunu o dalğada titrədən möhtəşəm enerjinlə…

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Nəqliyyat Nazirliyi 5 böyük əyalətdə ictimai nəqliyyat layihələrini boynuna götürdü

Bugün TV

İnfarktın təhlükəli nəticələri üzə çıxdı

Bugün TV

“Bu məhsulları mətbəxdən çıxarın!” – Tanınmış diyetoloq çağırış etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu